İƏT üzv ölkələri AZHAB Forumunda fəal iştiraka dəvət edir
2025-ci ilin iyun ayının 20-21 tarixlərində İstanbulda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci Sessiyası tərəfindən AZHAB Forumunun ilk iclasının qətnamə ilə rəsmi şəkildə dəstəkləndiyini xüsusi qeyd etmək istərdim. Həmin qətnamədə Şura AZHAB Forumunun ilk iclasını alqışlamış və İƏT üzv dövlətlərini növbəti iclasda fəal iştirak etməyə təşviq etmişdir.