“AZHAB Forum” Azərbaycan Halal Biznes Forumu qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün çoxsahəli şəbəkə təklif edən unikal tədbirdir.
İki gün davam edəcək tədbir çərçivəsində halal məhsul və xidmətlərin ixtisaslaşmış sərgisi, həmçinin halal maliyyə, turizm, əczaçılıq, tekstil, qida və digər sənaye sahələrindən olan beynəlxalq ekspertlər, analitiklər və rəy liderləri ilə panel müzakirələr və sessiyalar keçiriləcək.
Forumda Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya, Türkiyə, Azərbaycan, Pakistan, Rusiya, Özbəkistandan olan halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri yer alacaq.
Forumun sessiya və seminar mövzuları:
Azərbaycanın halal xidmətlər mərkəzinə çevrilmə imkanları