“AZHAB Forum” 2024 Azərbaycan Halal Biznes Forumu qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün çoxsahəli şəbəkə təklif edən unikal tədbirdir.
- İşgüzar görüşlər və peşəkar biznes şəbəkəsi
- Böyük bazarlara çıxış
- Halal sənayesində beynəlxalq əməkdaşlıq
- Məhsul və xidmətləri birbaşa hədəf auditoriyaya nümayiş etdirmək və tanıtmaq imkanları
- Əsas bazar iştirakçıları və alıcılarla qarşılıqlı əlaqə qurma imkanları
Orta Dəhliz boyu əsas nəqliyyat və logistika qovşaqlarından biri olan Azərbaycan, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Şərqi Avropa arasında iqtisadi əməkdaşlığı təmin edən tranzit marşrutu kimi çıxış edir.
Bu geosiyasi və coğrafi xüsusiyyətlər Azərbaycanı istehsalçılar, istehlakçılar, investorlar, siyasətçilər və beynəlxalq tərəfdaşlar arasında regional halal iqtisadi əməkdaşlıq platformasına çevrilməsinə imkan verir.
Forum MDB, Türkiyə, İran, Körfəz ölkələri və Asiyanın əsas regionları kimi mühüm Halal bazarlarında yeni əlaqələri, tərəfdaşlıqları stimullaşdırmaq və möhkəmləndirmək, müxtəlif Halal investisiya imkanlarını araşdırmaq məqsədi daşıyır.
Azərbaycan Böyük İpək yolunda mühüm ticarət, nəqliyyat, logistika və kommunikasiya qovşağıdır. Ölkədə həyata keçən əhəmiyyətli infrastruktur və investisiya layihələri sayəsində Azərbaycan, Şərqlə Qərb arasında səmərəli şəkildə multimodal daşımaları təmin edir. Bu üstünlüklər Azərbaycana qlobal halal iqtisadiyyatına mühüm töhfə verməyə imkan verir.
Azərbaycan Halal Biznes Forumu 2024 halal sənaye liderləri, qeyri-kommersiya təşkilatları, hökumət nümayəndələri, biznes, otel və səyahət agentlikləri rəhbərləri, maliyyə institutları, əczaçılıq nümayəndələri və alıcılarla çoxtərəfli əməkdaşlıq və işgüzar dialoqu üçün strateji mərkəzdir.
Forumda İslam maliyyə və bank xidmətləri, halal məhsul standartları və sertifikatlaşdırma, ixracın inkişafı, sahibkarlıq və investisiya məsələləri, sosial sektorda gənclərin və qadınların işgüzarlıq imkanlarının artırılması sahələrində innovativ və müasir ideyalar nümayiş etdiriləcək.
Ölkələr
Azərbaycan
Türkiyə
Səudiyyə Ərəbistanı
Malayziya
İndoneziya
Pakistan
Rusiya
Qazaxıstan
Özbəkistan
BƏƏ
Qətər
Misir
Almaniya
Birləşmiş Krallıq
- 400-dən çox nümayəndə
- 15 ölkədən 200-dən çox şirkət