Halal sənayenin iştirakçıları və ya bu sahədə potensialına inanan yerli və xarici iş adamları! 7-8 oktyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində təşkil olunacaq sərgi sizin üçün fürsətdir!
Xarici şirkətlər sərgidə niyə iştirak etməlidir? ✅30 milyona yaxın istehlakçı bazarına malik regiona çıxış imkanı; ✅ Azərbaycan bazarında məhsul və xidmətlərini tanıtmaq; ✅ halal qida, turizm, tekstil kimi sektorlara artan maraq və böyüyən tələbatla tanış olmaq; ✅ sektor üzrə yeni layihələrin reallaşdırılması üçün etibarlı yerli tərəfdaşlar tapmaq; ✅potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək; ✅ böyük sənaye potensialına malik və biznes üçün müxtəlif güzəştlər təklif edən Azərbaycanın sahibkarlıq ekosistemi ilə yaxından tanış olmaq, yerli şirkətlərlə fikir mübadiləsi aparmaq.
Azərbaycan şirkətləri üçün sərginin üstünlükləri: ✅ dünyanın müxtəlif ölkələrindən olan halal sənaye təmsilçiləri ilə birbaşa əlaqələr qurmaq; ✅ təcrübə və texnologiya mübadiləsi, yeni əməkdaşlıq fürsəti; ✅məhsul və xidmətlərini sektorun iştirakçılarına və istehlakçılara tanıtmaq; ✅ xarici tərəfdaşlar tapmaq və ixrac imkanlarını artırmaq; ✅ halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq.
Qeyd: 2024-cü ildə keçirilmiş müvafiq sərgidə 30-a yaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Bu ilki sərgi isə daha geniş miqyasda, daha çox ölkənin iştirakı ilə keçiriləcəkdir.
Stend rezervasiya etmək üçün 25 sentyabr 2025-ci il tarixinədək müraciət edilməlidir.